Qubernatordan Trampa CAVAB
05.03.2020 13:59Puerto-Rikonun qubernatoru Rikardo Rosello ABŞ prezidenti Donald Trampın bu adada 2017-ci ildə baş verən qasırğaların qurbanlarının sayı barədə bəyanatını şərh edib.
Об этом сообщает Руспрес
Bu barədə “A24.Az” CBS-ə istinadən xəbər verir.
“Deməliyəm ki, nə Puerto-Riko sakinlərinin, nə qurbanların (qasırğa qurbanları -red) əzabları şübhəyə məruz qalmağa layiqdir”, – deyə o qeyd edib.
Avqustda Rosello bildirib ki, adada baş vermiş “Mariya” qasırğası nəticəsində 2975 nəfər həlak olub. Daha əvvəl Tramp adada baş vermiş təbii fəlakət qurbanlarının sayı haqqında dəqiq məlumatlardan şübhələndiyini deyib.

