Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Qusarda vəzifəli şəxsin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATLARI

05.03.2020 14:00

Qusarda vəzifəli şəxsin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Об этом сообщает Роспрес

A24.az-ın əldə etdiyi məlumata görə, ötən gün Qusar rayonu Yasab kəndi ərazisində Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1962-ci il təvəllüdlü Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı minik avtomobilinin yolun kənarındakı gölə aşması nəticəsində boğulub.

Məlumata görə, qarşıdan gələn “KamAZ” markalı yük avtomobili ilə toqquşacağını ehtimal edən “Opel”in sürücüsü V.Vəlixanov idarəetməni itirib və avtomobil yolun kənarındakı gölə aşıb.

Nəticədə sürücü göldə boğularaq dünyasını dəyişib.

Hadisə nəticəsində minik avtomobilində olan digər iki sərnişin ağır xəsarətlər alıb. Yaralılar – Cibir kənd sakini 1964-cü il təvəllüdlü Vahid Mürsəlov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Nabisat Mürsəlova kəllə-beyin travması və qabırğa sümüklərinin sınığı diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Hazırda onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, hadisədən öncə rayon mərkəzindən Həzrə kəndinə gedən sürücü V.Vəlixanov yol kənarında dayanaraq Cibir kəndinə getmək istəyən sərnişinləri evlərinə aparmaq üçün götürüb.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

Qusar rayonunda ağır yol qəzası baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində, rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.

Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.