Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rəqibimiz heyətini açıqladı

05.03.2020 14:00

Kosovo yığmasının UEFA Millətlər Liqasında Malta və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, baş məşqçi Bernard Şalland 24 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 10-u yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

Kosovo yığmasının heyətində 24 futbolçudan 23-ü digər ölkələrin klublarında çıxış edən oyunçulardır. Yalnız qapıçı Visar Bekay ölkəsinin “Priştina” klubunda çıxış edir.

Qapıçılar: Samir Uykani (“Rizespor”, Türkiyə), Ariyenet Muriç (“Mançester Siti”, İngiltərə), Visar Bekay (“Priştina”)

Müdafiəçilər: Armi Rahmani (“Dinamo” Zaqreb, Xorvatiya), Fidan Aliti (“Skenderbeu”, Albaniya), Mergim Voyvoda (“Muskron”, Belçika), Ardin Dalku (“Vorskla”, Ukrayna), Leart Pakyarada (“Sandxauzen”, Almaniya), Bencamin Kololli, Mirlind Kryeziun (hər ikisi “Sürix”, İsveçrə), Arbenit Xhemayli (“Ksamaks”, İsveçrə)

Yarımmüdafiəçilər: Bersant Tselina (“Suonsi”, İngiltərə), Valon Berişa (“Latsio”, İtaliya), Hekuran Kryeziu (“Sürix”, İsveçrə), Herolind Şala (“Start”, Norveç), İdriz Voka (“Lütsern”, İsveçrə), Besar Halimi (“Bröndbü”, Danimarka), Arber Zeneli (“Herenven”, Hollandiya), Milot Raşitsa (“Verder”, Almaniya), Edon Jegrova (“Genk”, Belçika), Donis Avdiyay (“Villem II”, Hollandiya)

Hücumçular: Vedat Muriqi (“Rizespor”, Türkiyə), Atdhe Nuhiu (“Şeffild Uenzdey”, İngiltərə), Lirim Kastrati (“Lokomotiva”, Xorvatiya)

Qeyd edək ki, Kosovo noyabrın 17-i səfərdə Malta, 20-si doğma meydanda Azərbaycanla qarşılaşacaq. Bernard Şallandın rəhbərlik etdiyi kollektiv D Liqasının 3-cü qrupunda 8 xalla 1-ci pillədə qərarlaşıb. Azərbaycan isə 6 xalla 2-ci yerdədir. Üçüncü yerdə qərarlaşan Farer adalarının 4, son sıradakı Maltanın 2 xalı var.