Rafet El Romanla klipə çəkilən azərbaycanlı model: ” Rafetlə aramda…”
05.03.2020 14:00Son günlər Azərbaycan və Türkiyə mətbuatında adı ortaq çəkilən bir nəfər var – Dilbər Məmmədova
Об этом сообщает Футляр от виолончели
Bu xanımı əksəriyyət Rafet El Romanın “En Güzel Seni Sevdim” mahnısına çəkilən klipin görüntülərinin yayılmasından sonra tanıyıb.
A24.az xəbər verir ki, səs-küylü klipə çəkilən azərbaycanlı model GoldNews.Az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Dilbər xanım, salam. Sizi Rafet El Romanın klipindəki kadrlardan sonra tanısaq da, əslində modellik fəaliyyəti ilə də məşğul olmusunuz. Hansı nominasiyaların qalibisiniz?
– “Miss Civilization 2012” müsabiqəsində “Miss İce” nominasiyasının qalibi olmuşam. Daha sonra bir sıra reklam çəkilişlərində çəkilmişəm.
– Modellik fəaliyyətinizi niyə davam etdirmədiniz?
– Şəxsi həyatımdakı bəzi səbəblərə görə, iş fəaliyyətlərimi bir müddətlik dondurmalı oldum. İndi isə davam etdirmək qərarındayam. İstanbulda bir modellik agentliyində qeydiyyatdan keçmişəm. Fəaliyyətimi də tam olaraq davam etdirirəm.
– Bir müddət “Bacanaqlar” serialında rol aldınız. Sonra sanki birdən-birə ekranlardan yığışdınız. Səbəb serialda yaranan hansısa narazıçılıq oldu?
– Bizim münasibətimiz çox yaxşı davam edirdi. Sadəcə, bəzi səbəblərə görə, fəaliyyətimi dayandırmalı oldum. Məsələ ailəmlə bağlı idi.
– Fasilə müddətində nə işlə məşğul idiniz?
– Bu zaman kəsiyində İstanbulda oldum, burda bəzi işlərim var idi. Ailə həyatıma başım qarışmışdı. Bəzi söhbətlərə görə, sənətimdən uzaq qalmaq məcburiyyətində qaldım. Tamamilə şəxsi həyatımla bağlı idi.
– Rafetin klipinə xüsusi dəvətlə çağrıldınız, yoxsa özünüz müraciət etdiniz və pul ödədiniz?
– Mən tərəfdən heç bir məbləğ ödənilməyib. İstanbulda “Şan” agentliyi var və mən də orada çalışıram. İlk olaraq Rafet bəyin meneceri Zuleyxa Doğanaydan təklif gəldi. Məni bəyəndi. Birinci də onunla tanış oldum. Onunla razılığa gəldik və onlar mənə pul ödədilər, mən onlara yox.
Bəs, çəkilişə görə, sizə nə qədər ödədilər?
– Bu haqda heçnə deyə bilmərəm.
Qeyd: GoldNews.Az redaksiyasına daxil olan məlumata görə, Rafet El Romanın klipində çəkildiyinə görə, Dilbər Məmmədovaya 10 min lirə (təxminən 5 min manat) pul ödənilib.
– Dilbər xanım, çəkiliş meydançasında Rafet bəylə səmimi görüntüləriniz yayıldı. Həm Azərbaycan, həm də Türkiyə mətbuatında yazılan xəbərlərə görə, guya müğənni ilə aranızda eşq yaşanır. Bu, nə dərəcədə düzgündür?
– (Gülür). Mən özüm də oxuyuram yazılanları. Əsla belə bir şey yoxdur. Rafet bəyi klip üçün Bodrumda gördüm. Çəkiliş üçün qarşı-qarşıya gəldik. Yazılanlar yalandır, çünki heç səmimi münasibətimiz də yoxdur.
– Türkiyə mətbuatında sizi Rafetin ikinci xanımı Ceren Kaplakarslana çox bənzədiblər. Hətta iddialara görə, məhz bu bənzərliyinizə görə, müğənni sizin klipdə çəkilməyinizi istəyib.
– Bəli, özüm də gördüm ki, hətta şəkillərimizi yanbayan qoyublar. Mənə elə gəlir ki, bizim heç bir oxşarlığımız yoxdur. Siz özünüz həqiqətən bənzədirsiniz? Heç bir oxşarlıq yoxdur. Rafet bəy özü də efirlərin birində səsləndirdi ki, bənzəmirik. Təsadüfi bir şeydir bu. Mən o klipə məhz bənzərlik üçün çəkilmədim. Mən ancaq özüməm, başqası yox.
– Klip çəkişlərində sizi çimərlik geyimində gördük. Azərbaycanda, xüsusən də sosial şəbəkədə bu görüntünüz birmənalı qəbul edilmədi. Bu, sizin üçün hansısa narahatlıq yaratdı?
– Mən şəxsən normal qəbul edirəm. Model agentliyində çalışıramsa, çimərlik geyimində də görünə bilərəm, normal paltarda da. Ailəm də məni tam dəstəklədi. Mənim üçün heç bir problem yaratmadı.
– Şəxsi həyatınızda hazırda kimsə varmı?
– Hazırda heç kim yoxdur.
– Bəs Rafet kimi biri ilə eşq yaşamaq istəyərdiniz?
– (Gülür). Olar ki, bu suala cavab verməyim?
– Əlbəttə olar. Yerli aktrisa və modellərimizin bir qismi bildirirlər ki, 1 milyon manata həm soyunarlar, həm də yatağa girərlər. Sizin də elə bir fikriniz var?
– Mən əsla belə bir şeyə razı deyiləm və heç vaxt da qəbul etmərəm.

