Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Ramil Şeydayev: “Komandaya daha çox xeyir qazandırmağa çalışacağam”

05.03.2020 14:00

“Məşqçinin bütün təlimatlarını yerinə yetirməyə və komandaya daha çox xeyir qazandırmağa çalışacağam”.

Об этом сообщает Роспрес

Bunu Azərbaycan yığmasının üzvü, Samaranın “Krılya Sovetov” komandasının futbolçusu Ramil Şeydayev klubun saytına müsahibəsində bildirib.

O, Rusiya çempionu “Lokomotiv Moskva” ilə oyundan sonrakı təəssüratlardan danışarkən deyib ki, ilk oyuna çıxmaqdan çox məmnundur: “Amma 0-1 hesabı ilə uduzduğumuz üçün debütüm ikinci plana keçir. Qələbədə tamam başqa duyğular olardı. Üstəlik, oyunumuzdan razı qaldım”.

R.Şeydayev həmçinin stadiona gələn azərbaycanlı azarkeşlərə də təşəkkür edib və onları stadiona tez-terz gəlməyə çağırıb.

Azərbaycan millisinin vurğulayıb ki, artıq yeni klubuna alışıb və “Krılya Sovetov”da oynamağından məmnundur. //report