Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Real”, “Yuventus”, “Bavariya” növbəti mərhələdə!

05.03.2020 14:00

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib.

A24.Az-ın xəbərinə görə, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib.

Об этом сообщает Роспрес

E qrupunun lideri “Bavariya” öz meydanında “Benfika”nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını pley-offa yazdırıb. Qrupun digər oyununda “Ayaks” Yunanıstanda AEK-in qonağı olub. Səfərdə qazanılan 2:0 hesablı qələbə holland klubunu qrup mərhələsində sona 1 tur qalmış növbəti mərhələyə yüksəldib.

F qrupunda “Mançester Siti” səfərdə “Lion”la bərabərə qalıb. Buna baxmayaraq, “şəhərlilər” 1/16 final mərhələsinə adlayıblar. Donetsk “Şaxtyor”u isə “Hoffenhaym”ı məğlub edərək, pley-off şanslarını son tura saxlayıb.

Günün ən maraqla gözlənilən oyunlarından biri Romada keçirilib. Şəhərin eyniadlı komandası “Real”ı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. G qrupunun digər oyununda Çexiya “Viktoriya”sı SSKA-nın (Moskva) qonağı olub. Plzen təmsilçisi bu oyunda 2:1 hesabı ilə qalib gələrək, “Roma” və “Real”ın vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanmasını rəsmiləşdirib.

H qrupunda isə “Yuventus” “Valensiya”nı, “Mançester Yunayted” “Yanq Boyz”u minimal hesabla məğlub edərək, adını 1/16 final mərhələsinə yazdırıb.

27 noyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur

E qrupu

21:55. AEK (Yunanıstan) – “Ayaks” (Hollandiya) – 0:2
Qollar: Tadiç, 68, 72

00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) – 5:1
Qollar: A. Robben, 13 (1:0), 30 (2:0), R. Levandovski, 36 (3:0), 51 (4:1), G. Fernandes, 46 (3:1), F. Riberi, 76 (5:1)

1. Bavariya 5 4 1 0 12:2 13
2. Ayaks 5 3 2 0 8:2 11
3. Benfika 5 1 1 3 5:11 4
4. AEK 5 0 0 5 2:12 0

F qrupu

00:00. “Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə) – 2:2
Qollar: M. Korne, 55 (1:0), 81 (2:1), A. Laporte, 63 (1:1), S.Aquero, 83 (2:2)

00:00. “Hoffenhaym” (Almaniya) – “Şaxtyor” (Ukrayna) – 2:3
Qollar: İsmaili, 14 (0:1), Tayson, 15 (0:2), 90 (2:3), Kramariç, 18 (1:2), S. Suber, 40 (2:2)

1. Mançester Siti 5 3 1 1 14:5 10
2. Lion 5 1 4 0 11:10 7
3. Şaxtyor 5 1 2 2 7:15 5
4. Hoffenhaym 5 0 3 2 10:12 3

G qrupu

21:55. SSKA (Moskva, Rusiya) – “Viktoriya” (Çexiya) – 1:2
Qol: Vlasiç, 10 (1:0), Proçaska, 56 (1:1), Heyda, 81 (1:2)

00:00. “Roma” (İtaliya) – “Real” (İspaniya) – 0:2
Qollar: Q. Beyl, 47 (0:1), L. Vaskes, 59 (0:2)

1. Real 5 4 0 1 12:2 12
2. Roma 5 3 0 2 10:6 9
3. Viktoriya 5 1 1 3 5:15 4
4. SSKA 5 1 1 3 5:9 4

H qrupu

00:00. “Yuventus” (İtaliya) – “Valensiya” (İspaniya) – 1:0
Qol: M. Mancukiç, 59

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) – 1:0
Qol: M. Fellaini, 90


1. Yuventus 5 4 0 1 8:2 12
2. Mançester Yunayted 5 3 1 1 6:2 10
3. Valensiya 5 1 2 2 4:5 5
4. Yanq Boyz 5 0 1 4 2:11 1