“Real”dan Peresə görə getdim” – Ronaldo
05.03.2020 14:00Mövsümün əvvəlində “Real”ı “Yuventus”a dəyişən Kriştiano Ronaldo “kral klubu”ndan ayrılmasının əsl səbəbini açıqlayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, məlumatına görə, portuqaliyalı futbolçu “France Football” nəşrinə açıqlamasında Madrid təmsilçisindən ayrılmasını klubun prezidenti Florentino Pereslə əlaqələndirib:
“Son vaxtlar hiss edirdim ki, klubda mənə qarşı münasibət dəyişib. Xüsusilə də prezident məni əvvəlki kimi qəbul etmirdi. İlk 4-5 ildə özümü Kriştiano Ronaldo kimi hiss edirdim. Daha sonra isə klub prezidenti mənə elə gözlərlə baxırdı ki, sanki bu komanda üçün vacib biri deyiləm. Məhz bu amil məni getmək barədə düşünməyə vadar etdi. Hərdən özüm haqda xəbərləri izləyirdim. Deyirdilər ki, guya mən özüm “Real”dan ayrılmaq üçün nəsə xahiş etmişəm. Bu da var idi, amma əslində Peresin məni komandada saxlamayacağına dair təəssürat yarandığı üçün bu addımı atdım. Hər şey pulla əlaqəli olsaydı, “Real” və “Yuventus”dakından 5 dəfə çox qazana biləcəyim Çinə gedərdim. Turinə pula görə gəlmədim. Çünki Madriddə də eyni məbləği qazanırdım. Fərq ondadır ki, “Yuventus” həqiqətən məni istədi. Onlar bunu mənə dedilər və izahını da verdilər”.
Qeyd edək ki, Ronaldo mövsümün əvvəlində 105 milyon avro qarşılığında “Real”dan “Yuventus”a keçib.

