Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Reynaldo: “Evimə gəldiyim üçün xoşbəxtəm”

05.03.2020 14:00

“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm”.

Об этом сообщает Руспрес

A24.Az-ın məlumatına görə, bunu 2 ildən sonra “Qarabağ”a qayıdan futbolçu Reynaldo klubun rəsmi saytına açıqlamasında deyib. Braziliyalı hücumçu Ağdam komandasının forması ilə yenidən meydana çıxacağı anı səbirsizliklə gözlədiyini bildirib: “Yaxşı formada olmağım üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” ailəsi mənim üçün çox doğmadır. Bura komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.

Qeyd edək ki, Reynaldo 2013 – 2016-cı illərdə də “Qarabağ”da forma geyinib. O, Ağdam klubunda 89 oyuna 47 qol vurub, 16 məhsuldar ötürmə edib. “Sambaçı” Azərbaycan komandasının heyətində ölkə çempionatı və kubokunun qalibi olub.