Rihannaya ölkəsində SƏFİR vəzifəsi verildi
05.03.2020 14:00Dünyaca məşhur müğənni Rihannaya ölkəsi Barbados tərəfindən qeyri-adi və tam səlahiyyətli səfir vəzifəsi verilib.
Об этом сообщает Руспрес
Saytımız türk mediasına istinadən xəbər verir ki, bundan sonra Rihanna Barbadosda təhsil, turizm və investisiyaya təşviq etməkdə məsul olacaq.
Barbadosun Baş naziri Mia Amor Mottley Rihannanı ölkəsini çox sevən, xüsusilə də təhsil və sağlamlıq sahələrində xeyirxah işlər gördüyünü bildirərək ona səfirlik vəzifəsini təqdim etməkdən qürur duyduğunu bildirib.
2008-ci ildən bu yana ölkəsinin mədəniyyət elçisi olan Rihanna bu yüksək adın ona şərəf verdiyini deyərək, açıqlama verib: “Vəzifəmi icra etmək üçün hazır və həyəcanlıyam. Barbados üçün Baş nazir Mottley və komandası ilə işləməyi dörd gözlə gözləyirəm” ifadələrini işlədib.

