Robert Koçaryanın ofisində axtarış aparılıb
05.03.2020 14:00Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Robert Koçaryanın malikanəsində və ofisində axtarışlar həyata keçiriblər.
Об этом сообщает Руспрес
Xüsusi İstintaq Xidmətindən axtarışların 1 mart 2008-ci il tarixində Yerevan şəhərində baş verən hadisələrlə bağlı aparıldığı bildirilib.
Bu ana qədər başqa məlumat verilməyib.
Xatırladaq ki, 2008-ci il martın 1-də Ermənistan polisi Serj Sarqsyanın prezident seçilməsinə etiraz edən nümayişçiləri dağıdıb. Nəticədə Yerevanda azı 8 nəfər ölüb.

