Ruhani Trampa Səddam Hüseynin taleyini vəd etdi
05.03.2020 14:01Rəsmi Tehran ABŞ-ın təzyiqlərinə baxmayaraq öz raket proqramından imtina etməyəcək.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə İran Dövlət Televiziyasının efirində ölkə prezidenti Həsən Ruhani bəyan edib.
“İran müdafiə vasitələrindən, o cümlədən amerikalıları qıcıqlandıran raketlərdən imtina etmək niyyətində deyil”, – o deyib.
İranda hərbi paradda terror aktı
Ruhaninin sözlərinə görə, əgər ABŞ prezidenti Donald Tramp İranla rəqabəti davam etdirsə, Səddam Hüseyn kimi məğlub olacaq. Ruhani 1980-1988-ci illərdə baş verən İran-İraq müharibəsini misal gətirib.
Həmin müharibədə İraq ordusu böyük itkilər verib, ölkənin milli iqtisadiyyat isə ciddi problemlərlə üzləşib.
İraqın sabiq prezidenti Səddam Hüseyn ABŞ ordusunun ölkəyə daxil olmasından sonra devrilib və 2006-cı ildə İraq məhkəməsinin qərarı ilə edam edilib.

