Rusiya ABŞ-la yarışdan GERİ ÇƏKİLDİ: Buna hazırlaşmırıq
05.03.2020 14:01Rusiya ABŞ-la hərbi büdcələrin yarışına qarışmayacaq.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, bu haqda TASS agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik üzrə komitəsinin sədri Viktor Bondaryev deyib.
Onun sözlərinə görə, Rusiya ordusunun indiki maliyyələşməsi istənilən təhlükənin qarşısını almağa imkan verəcək.
“Amerikalılar öz hərbi büdcəsini artıranda, çoxları bizdən simmetrik gediş gözləyirdilər. Rusiya hakimiyyəti iqtisadiyyatı və sənayeni hərbiləşdirməyə hazırlaşmır. Amma Silahlı Qüvvələri planlı inkişaf etdiririk, ordunu, donanmanı və müdafiə-sənaye kompleksini təchiz edirik”, – Bondaryev deyib.
Parlament üzvü əmin edib ki, müdafiə xərclərin tərtib edilməsi zamanı Qərb sanksiyalarının sərtləşdirilməsi riski nəzərə alınırdı.
“Sanksiyalar demək olar ki, vərdiş olub. Biz onlara qarşı immunitet hazırladıq, artıq iqtisadiyyatımızı bu yeni rejimə uyğunlaşdırdıq”, – Bondaryev təsdiq edib.

