Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya estafeti Qətərə verdi

05.03.2020 14:01

Kremldə 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsilə bağlı təntənəli mərasim keçirilib.

Об этом сообщает Руспрес

Saytımızın “RİA Novosti”yə istinadla verdiyi xəbərə görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, Qətər əmiri Təmim ben Həmad əl-Tani və FİFA prezidenti Canni İnfantino iştirak ediblər.

Mərasim zamanı Putin dünya çempionatı 2018-də Fransa və Xorvatiya yığmalarının oynayacağı topu Qətər əmirinə verib.

“Rusiyada keçirilən dünya çempionatı sona çatır. Bu idman növü ilə bağlı təşkil etdiklərimizlə fəxr edirik. Ölkə olaraq futboldan, futbol ilə dünyadan və azarkeşlərdən böyük həzz aldıq”, – deyə Putin bildirib.

Həmçinin Putin Dohada Rusiya kimi mundialın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Putin sonda sözlərinə əlavə edib ki, “futbol ən humanist missiyasını – insanları birləşdirməyi yerinə yetirdi”.