Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya və ABŞ döyüş hazırlığı VƏZİYYƏTİNDƏ: Suriya GƏRGİNLƏŞİR

05.03.2020 14:01

Tərəflər bir-birini ittiham etməkdə davam edirlər

Об этом сообщает Руспрес

Rusiya Müdafiə Nazirliyi, Yaxın Şərqdə hücum gücünü artıran ABŞ-ın Suriyadakı rejim qüvvələrinə hücuma hazırlaşdığını açıqlayıb.

A24.Az “Sputnik Azərbaycan”a istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi ABŞ döyüş gəmisinin 28 qanadlı “Tomoqavk” raketilə Aralıq dənizinə girdiyini bildirib.

ABŞ isə Əsəd rejiminin kimyəvi hücum hazırlığında olduğunu bildirir. Onların fikrincə, bu cür hücumlar qırmızı xətti keçmək deməkdir.

ABŞ və Rusiya döyüş gəmilərini hazır vəziyyətə gətirib.

Qeyd edək ki, bundan öncə ABŞ, Fransa və Böyük Britaniya müxaliflərə qarşı kimyəvi silah istifadə edən Bəşər Əsədə aid hərbi obyektlərə iki dəfə hücum təşkil edib. Aralıq dənizi, Qırmızı dəniz və Fars körfəzindəki döyüş gəmilərindən isə Suriyaya raketlər atılıb.