Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya və Türkiyə əməliyyatlarının Suriyadakı nəticələri açıqlandı

05.03.2020 14:01

Rusiya Müdafiə Nazirliyinin bu gün yaydığı bəyanatında Suriyada ötən gün rus müşahidəçiləri tərəfindən altı, türk müşahidəçiləri tərəfindən isə 1 atəşkəs pozuntusu hadisəsinin qeyd edildiyi bildirilib.

Об этом сообщает Футляр от виолончели

A24.Az xarici mediayaya istinadən xəbər verir ki, Rusiya-Türkiyə Komissiyasının nümayəndə heyəti Rusiya tərəfinin, Lazkiyədə 5 Halpda isə 1, Türkiyə müşahidəçilərin də Hama bölgəsində 1 atəşkəs pozuntusu qeyd etdiklərini bildirib. Rusiya Müdafiə Nazirliyi, gərginliyin azaldığı regionlarda vəziyyətin sakit olduğunu və bir gün içərisində 13 vətəndaşın tibbi yardımı aldığını da qeyd edib.

Qeyd edək ki, 2017-ci ilin may ayında Astanada Rusiya, İran və Türkiyə nümayəndələri tərəfindən keçirilən görüşlərdə imzalanan müqaviləyə əsasən Şərq Quta, Homs-un şimal bölgəsi, İdlib, Lazkiyə, Xama və Hələbin bəzi bölgələrini əhatə edən gərginliyi azaltma rayonları yaradılmışdı.

Orxan Aslanlı // A24.Az