Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsi ATƏT səviyyəsində müzakirə olunacaq

05.03.2020 14:01

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milanda keçiriləcək iclası zamanı ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları müzakirə edəcək.

Об этом сообщает Роспрес

A24.az “Report”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovabu gün keçirdiyi brifinqdə deyib.

O, nazir S.Lavrovun ATƏT-də Rusiyanı maraqlandıran məsələlərə dair çıxış edəcəyini söyləyib.

“Təbii ki, dediyim kimi, ikitərəfli görüşlər də olacaq. Həmin görüşlərdə adı çəkilən (Dağlıq Qarabağla bağlı – red.) məsələ daha konkret şəkildə, tətbiqi nöqteyi-nəzərdən müzakirə olunacaq. Əlbəttə ki, bu zaman müəyyən təkliflər, addımlar da razılaşdırıla bilər”, – Rusiya rəsmisi bildirib.