Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiyada azərbaycanlılar arasında silahlı insident — Ölən var

05.03.2020 14:01

Rusiyanın Nadım şəhərində azərbaycanlılar arasında silahlı insident baş verib.
A24.Az xəbər verir ki, nəticədə 1 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Об этом сообщает Футляр от виолончели

“Malo Yamala” teleqram-kanalının xəbərinə əsasən, biznes sahəsinə görə kriminal qruplaşmalar arasında insident baş verib. Qeyri-rəsmi məlumatlara əsasən, qruplaşmalardan birinə liderlik edən Aqşin Həsənov qətlə yetirilib. Sərbəst güləş üzrə iki məşqçi-Yalçın və Mais Məmmədovlar isə xəsarət alıb.
Yerli KİV-in xəbərinə əsasən, hüquq-mühafizə orqanları artıq silahlı atışmada iştirak edənlərin şəxsiyyətini müəyyən edib. Hadisə yeri isə şəhər vergi idarəsi yaxınlığında yerləşir. Hazırda istintaq gedir və şahidlər axtarılır.