Rusiyada sayca 3-cü Beynəlxalq Hərb Oyunları başlayıb
05.03.2020 14:02Rusiyada sayca 3-cü Beynəlxalq Hərb Oyunlarının açılış mərasimi keçirilib.
Об этом сообщает Роспрес
A24.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 29 iyul-12 avqust tarixləri arasında keçiriləcək oyunların açılış mərasimi Moskva vilayətindəki “Patriot” parkı və “Alabino” poliqonunda olub.
Oyunlar Rusiya ilə yanaşı, Azərbaycan, Belarus, Qazaxıstan və Çin ərazisindəki 21 poliqonda keçiriləcək. Azərbaycanda (“Dəniz kuboku”), Belarusda (“Birlik döyüşçüsü”), Qazaxıstanda (“Snayper sərhədi”, “Artilleriya atəşi ustası”, “PUA heyətlərinin yarışları”) və Çində (“Silahdüzəldən usta”, “Aviadarts”, “Desant bölüyü, ”Təmiz səma”, “Təhlükəsiz mühit”, “Suvorov hücumu”) 11 yarış ilk dəfə təşkil olunacaq. Dəniz yarışları Qara, Xəzər və Yapon dənizləri akvatoriyalarında baş tutacaq.
“Beynəlxalq Hərb Oyunları-2017”də Rusiya, Avropa, Asiya, Afrika və Latın Amerikasını təmsil edən 28 ölkədən 150-dən çox heyət iştirak edir. Oyunların qalibi hər yarışın nəticələri və komanda hesabına görə əldə edilən nailiyyət əsasında müəyyənləşəcək.
Avqustun 12-də “AIabino” poliqonunda oyunların bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində oyunlarda iştirak edən heyət üzvləri ilə yanaşı, iştirakçı ölkələrin müdafiə nazirliklərinin rəhbərlikləri də iştirak edəcək.

