Ryabkov: ABŞ-ın danışdığı yeganə dil budur
05.03.2020 14:02“ABŞ rəsmiləri keçmişdən dərs alırmış kimi dayanır, xüsusilə də yaxın keçmişdən”
Об этом сообщает Роспрес
A24.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov, ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri olan Boltonun Suriyaya ilə bağlı sözlərinə cavab olaraq deyib. Ryabkov, ABŞ-ın danışdığı yeganə dilin də təhdid və ultimatumlar olduğunu bildirib. Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov, Sputnik agentliyinə verdiyi açıqlamada “Vaşinqtondan yüksələn ultimatumları eşidə bilirik. Bu, vəziyyət Suriyadakı terror hüceyrələrinin tamamilə aradan qaldırılması və bu ölkənin normal həyatına geri qayıtmasına olan bağlılığımıza təsir etmir”, – deyə bildirib. Suriyalı qaçqınların ölkəyə geri dönüşü də daxil olmaqla Suriyadakı vəziyyəti normallaşdırmaq çərçivəsində Dəməşqə dəstəyə davam edəcəklərini söyləyən Ryabkov bu sözləri deyib: “Qərbli dövlətlərin bu səylərə daxil olmaq istəməməsi həqiqəti, Suriyada stabilliyi pozmaq, rejim dəyişikliyi məsələsini gündəmə gətirmək üçün yeni bəhanələr axtarmaq və Dəməşqdə hakimiyyətin başqa əllərə keçməsi kimi başqa məqsədləri olduğunu bir daha sübut edir. Bunlar bildiyimiz şeylərdir. Bu cür hadisələr qarşı hazırlığıq, niyyətlərini ifşa edirik, amma ABŞ rəsmiləri keçmişdən dərs alırmış kimi durur, xüsusilə də yaxın keçmişdən”, – deyə o qeyd edib.
Orxan Aslanlı // A24.Az

