Sədərəkdə telefon oğurlayan şəxs kameralara belə yaxalandı – ANBAAN GÖRÜNTÜLƏR
05.03.2020 14:02Bakıda baş verən oğurluq hadisəsinin anbaan görüntüləri yayılıb.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, hadisə dekabrın 9-da Sədərək Ticarət Mərkəzində yerləşən bəzək aksesuarlarının satıldığı mağazada baş verib. Şirniyyat bazarı, 2-ci sıra, 11 və 13-cü mağazada satıcı işləyən Lerik rayon sakini, 1975-ci il təvəllüdlü Vüqar (soyadı dəqiqləşdirilir) adlı şəxsin mobil telefonu oğurlanıb.
Belə ki, mağazaya daxil olan orta yaşlı kişi satıcının masasının üzərində olan mobil telefonu əvvəlcə enerji yüklənməsindən ayırıb, daha sonra cibinə qoyaraq oranı tərk edib.
Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda həmin şəxsin axtarışları davam etdirilir.
Görüntülər mağazadakı müşahidə kameraları vasitəsilə anbaan lentə alınıb.

