Orta məktəbdə Şəhidlərə hörmətsizlik edildi? – Direktor AÇIQLAMA YAYDI
05.03.2020 14:02Cəlilabad rayonu Göytəpə şəhər 2 saylı orta məktəbi şəhidlər lövhəsinin zibilliyə atılması iddiasına cavab verib.
Об этом сообщает Руспрес
Bu barədə A24.az-a sözügedən orta məktəbin direktoru Şəhla Mürsəlova məlumat verib. O bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Ş.Mürsəlovanın sözlərinə görə, həmin foto onun rəhbərlik etdiyi təhsil müəssisəsində çəkilməyib:
“Həmin fotonun bizim məktəbə aid olunduğunu qərəzli olaraq yayıblar. Savadsız, cızmaqara yazıları ilə məktəb rəhbərliyinə qara yaxmaqla yanaşı, Vətənimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş həmvətənlərimizin ruhunu narahat edirlər. Onlar bu adla özlərinə nüfuz qazanmağa çalışırlar. Bildirirəm ki, yayılmış fotolardakı məkan Göytəpə 2 saylı tam orta məktəbinə aid deyil. Məktəbin rəhbəri olaraq onu da qeyd edirəm ki, mənim iki qardaşımın hər birinin bir oğlu şəhid olub. Azərbaycanın ilk Milli Qəhrəmanı məhz mənim qardaşım oğludur. Ən azından şəhid mövhumunun nə olmasını yaxşı bildiyim üçün bu itkiləri, ağrı-acıları, bir ailədən iki şəhid verməklə yaşamışam. Belə qərəzli iyrənc yazılarla erməni dəyirmanına su tökən, sapı özümüzdən olan baltalara ar olsun. Bu cür varlıqlar Vətənin, şəhidin ucalığını bilə bilməzlər. Belələri şəhidlərimizin müqəddəs ruhları ilə alver etməyə çalışırlar. Şəhidlərin Allah dərgahında məqamları uca olduları kimi, dövlət tərəfindən özləri də yüksəkdə tutulur. Dövlətin bu isti qayğıları bizim də ailəmizdən yan keçmir. Ən azından ailədən iki şəhid vermiş Azərbaycan Respublikasının vətəndaşı kimi ölkə rəhbərliyindən, hüquq-mühafizə orqanlarından, kütləvi informasiya vasitələrinin nümayəndələrindən xahiş edirəm ki, öz savadsız və səbatsız cızmaqara yazıları ilə məktəb müəllimlərinin imicinə xələl gətirmək istəyənlərin, şəhidlərin ruhlarını narahat edənlərin, xalqın incə hislərinə qara yaxanların qanunla cəzalandırılmasını təmin etdirsinlər. Bir daha təkrarlayıram ki, sosial şəbəkədə Cəlilabad rayon Göytəpə şəhər 2 saylı məktəbin adından paylaşılmış şəkildəki məkan bu məktəbə aid deyil. Bizim məktəbdə belə bir zibillik guşəsi və divar rəngi olmayıb və yoxdur. Yazılanlar qərəzli şər və böhtandır”.
Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayon, Göytəpə şəhər 2 saylı tam orta məktəbə aid olduğu iddia edilən birabırçı fotolar yayılıb. Adıçəkilən məktəbdə çəkildiyi iddia edilən fotoda Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək üçün asılan lövhə zibil qabının yanında atılıb.
Sosial şəbəkələrdə yayılan fotolar isə bunlardır:

