Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəkidə nə baş verir? – Agentlikdən AÇIQLAMA

05.03.2020 14:02

“İlkin araşdırmalara əsasən, “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Şəkiyə səfər edən məktəblilərin özlərini pis hiss etməsi hadisəsi qida zəhərlənməsindən baş verməyib. Çünki 240 nəfər müəllim və şagird heyətindən cəmi 5 nəfərin səhhətində problem yaranıb”.

Об этом сообщает Роспрес

Bu barədə “report”un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Agentlikdən qeyd olunub ki, hadisənin soyuqdəymə, allergik və digər səbəblərdən baş vermə ehtimalı mövcuddur.

Bildirilib ki, hadisənin səbəblərinin konkret şəkildə aydınlaşdırılması üçün əraziyə ezam olunan Agentliyin mütəxəssisləri laborator müayinələr üçün nümunələr götürüb və müvafiq laboratoriyaya təqdim olunub: “Aparılan laborator müayinələrin nəticələri ilə bağlı yekun məlumat ictimaiyyətə təqdim olunacaq”.