Şəmkirdə iki qardaşı bıçaqlayaraq birini qətlə yetirən şəxs tutuldu
05.03.2020 14:02Şəmkir rayonunda iki qardaşı bıçaqlayaraq birini qətlə yetirən şəxs tutulub.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, noyabrın 29-da Şəmkir rayonunun Qapanlı kəndi ərazisində kənd sakini Nurəddin Əsədoğlu münaqişə zəminində həmkəndliləri Eşqin Əmiraslanova və onun qardaşı İbrahimə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Eşqin ölüb, İbrahimin vəziyyəti ağırdır.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əsədoğlu saxlanılıb.

