Sərxoş sürücü ağır qəza törətdi
05.03.2020 14:02Bakı – Astara yolunun Səngəçal (Qaradağ rayonu) qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
A24.Az-ın verdiyi xəbərə görə, yüksək sürətlə hərəkət edən
“Mersedes” markalı minik avtomobili “Volvo” yük avtomobilinə çırpılıb. Nəticədə “Volvo” yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 3 nəfər, o cümlədən hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə gələn polis əməkdaşlarının sözlərinə görə, “Mersedes”in sürücüsü sərxoş vəziyyətdə olub.
Faktla bağlı texniki ekspertiza aparılır.

