Saakaşvili dövlət çevrilişində günahlandırılır
05.03.2020 14:03Gürcüstanda dövlət çevrilişinə cəhdlə bağlı araşdırmalara başlanılıb.
Об этом сообщает Руспрес
Saytımız bildirir ki, ANS PRESS-in məlumatına görə ölkənin daxili işlər nazirliyi KİV-də sabiq prezident Mixeil Saakaşvili və Təhlükəsizlik şurasının sabiq katibi Qiqa Bokeriyanın görüşü haqda yayılan məlumatlar əsasında hərəkətə keçib.
Daha əvvəl bəzi Ukrayna KİV-də oktyabrın 22-i Saakaşvili və Bokeriyanın İstanbul aeroportunda görüşərək, yaxın günlərdə “Rustavi 2” telekanalının leyhinə keçirilən aksiyalarda dövlət çevrilişi planını həyata keçirilməsinə dair müzakirələr apardığları haqda məlumat yayılıb.
Gürcüstanın DİN-in başçısının müavini Levon İzoriya bununla bağlı məyyən tədbirlərə başlanıldığını bildirib. “Dövlət təhlükəsizliyi xidmətinin kəşviyyat departamentinin həyata keçirdiyi operativ-istintaq tədbirləri və KİV-də yer alan məlumat əsasında Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə araşdırmalara başlanılıb. Bu maddə hökuməti devirmək və hakimiyyəti ələ keçirmək məqsədi ilə sui-qəsdi nəzərdə tutur.”
Lakin İzoriya sözün hansı tədbirlərdən və KİV-dən getdiyini açıqlamayıb.

