Sabah Bakının bu yerlərində SU OLMAYACAQ
05.03.2020 14:03Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir
Об этом сообщает Футляр от виолончели
Bakıətrafı qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah gün ərzində Biləcəri, Binəqədi və Masazır qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə A24.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar qurum abonentlərdən üzr istəyir.

