Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sabah “Bakmil” stansiyasında tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılır

05.03.2020 14:03

“Bakmil” stansiyasına giriş-çıxışa təmir işləri ilə əlaqədar günün müəyyən saatlarında (saat 8:20-dən 17:00-a qədər) qoyulmuş məhdudiyyət oktyabrın 30-dan müvəqqəti tətbiq edilməyəcək.

Об этом сообщает Руспрес

“Bakı Metropoliteni” QSC-dən A24.Az-a verilən məlumata görə, təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Bu səbəbdən sərnişinlərin təhlükəsizliyin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın fəaliyyəti qarşıdakı günlərdə adi qaydada təmin ediləcək.

Sərnişinlər “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.

Məhdudiyyət bərpa olunarkən ictimaiyyətə əvvəlcədən geniş məlumat veriləcək.