Sabahdan bu stansiyada məhdudiyyət müvəqqəti götürülür
05.03.2020 14:03Sabahdan “Bakmil” stansiyasında məhdudiyyət müvəqqəti götürülür.
Об этом сообщает Футляр от виолончели
“Bakı Metropoliteni” QSC-dən A24.Az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar “Bakmil” stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq tətbiq edilməyəcək.
“Təmir işlərinin xarakteri nəzərə alınaraq yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Sərnişinlərimizin marağ və təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək”, — məlumatda bildirilib.
Yaxın günlər ərzində sərnişinlərimiz “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.
Məhdudiyyət bərpa olunarkən əvvəlcədən ictimaiyyətə geniş məlumat veriləcək.

