Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sabunçu-Zabrat yolundan istifadə edən sərnişinlərin NƏZƏRİNƏ: Dəyişikliklərə başlanıldı- FOTOLAR

05.03.2020 14:03

Sabunçu-Zabrat yolunda tıxacın aradan qaldırılması üçün işə başlanılıb.
A24.Az xəbər verir ki, adıçəkilən yolda hərəkətə mane olan halların aradan qaldırılmasına başlanılıb.

Об этом сообщает Роспрес

Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir. Bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

Bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil edilməsi planlaşdırılır.

Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq.