Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Salyan məktəbində “açıq dərs” – Şagirdlər xəstəxanalıq oldu – VİDEO

05.03.2020 14:04

Salyan rayonunda şagirdlərə açıq havada dərslər keçirilir.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, buna səbəb isə təmirə ayrılan orta məktəb binasının hələ də istifadəyə verilməməsidir. Soyuq hava şəraitində dərslərin müəllimlərə məxsus evlərin həyətlərində keçirilməsi valideynləri ciddi narahat edib. Bildirilib ki, soyuq hava şəraiti ilə əlaqədar həyətyani sahələrdə dərslərin tədris olunması şagirdlərin sağlamlığında bir sıra problem yaradıb. Məlumata görə, bəzi valideynlər aşağı sinif şagirdləri olan övladlarının həyətlərdə dərs almasının əleyhinədir. Buna səbəb isə şagirdlərin xəstələnərək xəstəxanalara yerləşdirilməsi olub.

Sözün əsl mənasında keçirilən “açıq dərs”lərin bayırda tədris olunmasının rayonun hansı kəndində baş verdiyi haqda məlumat yoxdur.