Salyanda ağır yol qəzası – ölən və yaralananlar var
05.03.2020 14:04Salyan rayonunda 1 nəfərin ölümü, daha 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Об этом сообщает Футляр от виолончели
A24.az “Report”a istinadən xəbər verir ki, hadisə Şörsulu kəndi ərazisində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir nəfər hadisə yerində ölüb. Qəza zamanı habelə Astara rayon sakinləri – 1995-ci il təvəllüdlü Mirzəzadə Orxan Zahid oğlu və 1999-cu il təvəllüdlü Əsədullayev Rəhmin Ramiz oğlu xəsarət alıblar.
Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

