Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Salyanda dəniz sahilindən iki raket tapılıb

05.03.2020 14:04

Bundan əvvəl Ağstafa rayonundakı N saylı hərbi hissə yaxınlığında partlamamış hərbi sursat tapılıb

Об этом сообщает Роспрес

Oktyabrın 18-də Salyan rayonunun Bəndovan qəsəbəsi ərazisində partlamamış hərbi sursat tapılıb.

ANAMA-dan A24.Az-a verilən məlumata görə, bu barədə məlumat Agentliyə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizə Xidmətindən daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd 140 mm-lik raket (M-14) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketlərin tapıldığı yerin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bundan əvvəl Ağstafa rayonundakı N saylı hərbi hissə yaxınlığında partlamamış hərbi sursat tapılıb.