Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Salyanda iki uşaq atasının intiharının DƏHŞƏTLİ TƏFƏRRÜATLARI – HƏYAT YOLDAŞI…

05.03.2020 14:04

Salyan rayonunda iki uşaq atasının intiharının təfərrüatları məlum olub.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın əldə etdiyi məlumata görə, ötən gün Salyan rayonunun Yolüstü kəndində 1989-cu il təvəllüdlü, yerli sakin Kərimov Seyran Dadaş oğlu içkili vəziyyətdə intihar edib. Məlumata görə, o, intihar etməzdən əvvəl yaşadığı kənddə yaxın qohumlarının toy mərasimində iştirak edib. Bir müddət öncə həyat yoldaşı ilə ayrılan S.Kərimovun xanımının həmin toyda iştirak etməsi isə onu daha da qıcıqlandırıb. Toyda çoxlu spirtli içki qəbul edən S.Kərimov evlərinə gələrək atası ilə dalaşıb. Atası bir neçə həftə bundan öncə həyat yoldaşı ilə dalaşaraq onu evdən qovduğuna görə S.Kərimovu danlayıb. O isə bu təzyiqlərə dözməyərək yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Qeyd edək ki, mərhum S.Kərimov rayonun Xələc kənd sakini olan xalası qızı ilə ailə qurub. Onlar dalaşdıqdan sonra həyat yoldaşı iki övladını da götürüb Xələc kəndinə – atasının evinə gedib.

Onun meyitinin hələ də Şirvan şəhər morqunda olduğu bildirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Salyan rayonunda intihar hadisəsi baş verib.

A24.az “Report”a istinadən xəbər verir ki, rayonun Yolüstü kəndində 1989-cu il təvəllüdlü yerli sakin Kərimov Seyran Dadaş oğlu özünü yaşadığı evdə asıb.

Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

İntiharın səbəbləri məlum deyil. Onun iki uşaq atası olduğu bildirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.