Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Salyanda piyadanı maşın vurdu

05.03.2020 14:04

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Belə ki, Həsənli kənd sakini, 1967-ci il təvəllüdlü Əzizov Əli Əzim oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Qardili kənd sakini, 1954-cü il təvəllüdlü Zeynalova Məleykə İgidalı qızını vurub. Nəticədə M.Zeynalova xəsarət alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.