Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şamaxıda torpaq sürüşməsi baş verib

05.03.2020 14:04

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

Об этом сообщает Руспрес

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhər, məhəllə 48 A ünvanında, Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.

Ev sahibinin dediyinə görə, bir neçə gündür aktivləşən sürüşmə mişar daşı ilə hörülmüş hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə doğru istiqamət alıb. Məsələ ilə bağlı aidiyyəti qrumlara məlumat verilib.

Qeyd edək ki, ötən il də bu ərazidə torpaq sürüşməsi baş verib.