Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Sarkisyanın yaxın dostu məni ailəmin və yaşlı anamın qarşısında döydü”

05.03.2020 14:04

“Ermənistanda heç kəs müharibənin təzədən başlanmasını istəmir”.

Об этом сообщает Руспрес

Saytımızın məlumatına görə, bunu Azərbaycandan sığınacaq istəyən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, xüsusilə yaşlı nəsil müharibəni heç istəmir: “Çünki onlar iki ölkənin bir vaxtlar necə dost olduğunu yaxşı xatırlayırlar. Müharibə iki ölkə üçün də böyük faciəyə səbəb olar. Ermənistan Ordusunun gücü hazırda hər hansı orduya cavab verəcək səviyyədə deyil. Orduda xidmət edənlərdə vətənpərvərlik yoxdur. Qeyri-döyüş itkiləri artıb. Hamımız bilirik ki, bu müharibə Ermənistanın iflası ilə bitəcək”.

Onun sözlərinə görə, Dağlıq Qarabağda cinayətkar qruplar fəaliyyət göstərir.

Erməni hüquq müdafiəçisi qeyd edib ki, dəfələrlə Dağlıq Qarabağda olub: “Həqiqətən də orada terrorizmlə məşğul olan, müxtəlif kriminal hadisələrdə iştirak etmiş qruplaşmalar fəaliyyət göstərir. Həmin qruplar əsasən İraq və Suriyadan gələnlərdir”, – deyə o bildirib.

V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib və siyasi sığınacaq istəyib: “Mənim məqsədim Azərbaycan mediasının gözü ilə dünya ictimaiyyətinin, erməni diasporunun diqqətini Sarkisyanın cinayətkar rejiminə çəkməkdir”.

O bildirib ki, Ermənistanda Azərbaycan haqqında saxta düşmənçilik görüntüsü yaradılır: “Azərbaycandan sığınacaq istəməklə bağlı müraciətimdən sonra Azərbaycanda məni dostcasına, qonaqpərvərliklə qəbul etdilər”.

O, Ermənistanda təqiblərə və təzyiqlərə məruz qalmasından da danışıb: “Mənim Ermənistanda təqib olunmağıma səbəb ictimai və hüquq müdafiəçisi kimi fəaliyyətlə məşğul olmağım olub. Məsələnin pik həddə çatması isə bu il avqustun 14-də Sarkisyanın yaxın dostunun mənə öz evimdə hücum etməsi oldu, ailəmin və yaşlı anamın qarşısında döyüldüm. Həyat yoldaşım döyülərək uşağımızı itirdi. Anama təzyiqlələr başladı. Müxtəlif tibbi idarələrin əli ilə bizim döyülməməyimiz barədə saxta sənədlər hazırlandı”.