Şəbnəm Tovuzlunun qayınanası və qayınatası da səhnəyə çıxdı – VİDEO
05.03.2020 14:04Müğənni Şəbnəm Tovuzlu “Yaşıl Teatr”da “Xəstəyəm” adlı solo konsertlə çıxış edib.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, səhnəyə motosikletlə çıxan ifaçı sevilən mahnılarını oxuyub. Gecənin ən yadda qalan məqamlarından biri Şəbnəmin qayınatasının və qayınanasının səhnəyə çıxması olub.
Müğənni qayınanasının əllərini öpüb, dəstək üçün ona təşəkkür edib: “Etiraf edim ki, qayınanam ilk əvvəllər məni qəbul etmirdi. Amma daha sonralar tanıyandan sonra məni sevdi. Mən anamı 1 yaşımda itirmişəm. Amma qayınanam deyir ki, mən sənə hər zaman anayam, dəstəyəm. Kim nə yazır, pozur fikir vermə”.
Qeyd edək ki, konsertdə Ş.Tovuzlu ilə yanaşı səhnəyə əməkdar artist Könül Kərimova, müğənnilər Tacir Şahmalıoğlu və Vasif Əzimov çıxıb.

