Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da ilk üçlükdə

05.03.2020 14:04

ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour 2018” seriyasının üçüncü mərhələsi – “Saint Louis Rapid & Blitz” turniri Hikaru Nakamuranın qələbəsi ilə başa çatıb. Blits üzrə yarışların ikinci dövrəsində amerikalı şahmatçı 9 mümkün xaldan 5,5 xal toplayıb və bununla da topladığı xalları 22,5-ə çatdırıb. Nakamura onu izləyən Maksim Vaşye-Laqravı 1 xal üstələyib.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, üçüncü yeri 21 xalla (4) şahmatçımız Şəhriyar Məmmədyarov, dördüncü yeri 20 xalla (4,5) İtaliya təmsilçisi Fabiano Karuana tutub.

Yarış iştirakçılarının yekun mövqeləri (rapid + blits) belədir: 1.Hikaru Nakamura – 22,5 xal; 2.Maksim Vaşye-Laqrav – 21,5 xal; 3.Şəhriyar Məmmədyarov – 21 xal; 4.Fabiano Karuana – 20 xal; 5.Levon Aronyan – 18 xal; 6.Sergey Karyakin – 17 xal; 7.Lenyer Dominqes – 16 xal; 8.Aleksandr Qrişşuk – 15,5 xal; 9.Uesli So – 15 xal; 10.Vişvanatan Anand – 13,5 xal.

Qeyd edək ki, bu il turnirin keçirilmə sistemi dəyişdirilib. Belə ki, dörd mərhələnin yekunlarına görə 1-4-cü yerləri tutan iştirakçılar seriyanın bu ilin dekabrında Londonda keçiriləcək final turnirində çıxış etmək imkanı qazanacaqlar.

“Grand Chess Tour 2018”in sabah açılışı olacaq dördüncü mərhələsi – vaxta klassik nəzarət qaydasında keçirilən “Sinquefield Cup” turnirinin ilk qarşılaşmaları avqustun 18-də baş tutacaq. Təşkilatçılar tərəfindən nominant qismində hazırkı dünya çempionu norveçli Maqnus Karlsen çıxış edəcək.