Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəkidə yük avtomobili aşdı: Sürücü xəsarət aldı

05.03.2020 14:04

 Şəki rayonunda yük avtomobilini aşıran sürücü xəsarət alıb.

Об этом сообщает Футляр от виолончели

A24.Az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şəki-Kiş avtomobil yolunda baş verib.

Kiş kənd sakini, 1967-ci il təvəllüdlü İlqar Qənirə oğlu Abdulhəmidov idarə etdiyi ZİL markalı yük avtomobilini Kiş körpüsü yaxınlığında aşırıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.Abdulhəmidov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəsarət alan sürücüyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-sabitdir.

Faktla bağlı araşdırma aparılır.