Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səlim Müslümovun vəzifəli qohumları işdən çıxarılır – SİYAHI

05.03.2020 14:04

Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-də nazirlikdə ilk kadr dəyişikliyini həyata keçirib.
A24.Az xəbər verir ki, bu barədə məlumatı Mia.az saytı yayıb.
Bildirilib ki, nazirin əmri ilə aparat rəhbəri  Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri  Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri  Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri  Elman Babayev artıq işdən çıxarılıblar:
“Vəzifədən çıxarılan mətbuat katibi Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri  Pərviz Cəfərova, digər vəzifədən çxıarılanların səlahiyyətləri isə müavinlərinə həvalə olunub”.
Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq:
“Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri  Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi  Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müavilə ilə vəzifəsi uzadılan 67 yaşlı  Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı  Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri  Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri əjdər Cəbiyevin qardaşı), həmçinin nazirliyin Nəsimi rayon social müdafiəsi mərkəzinin rəhbəri  Əsgər Əsgərov(Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir”.
Məlumata görə, səlim Müslümov və digər vəzifəli şəxslərin bu nazirlikdə qohum-əqrabası, dost-tanışları çoxdur və onların qısa zamanda, vəzifələrən kənarlaşdırılması gündəmdədir.
Məlumata görə, yeni nazir Sahil Babayev hələlik işdən çxıarılanların yerinə təyinat da aparmayıb. Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq.
 

Об этом сообщает Роспрес