Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Səmədi ürəyindən bıçaqla vurublar” – Şəhid polisin qardaşı – VİDEO

05.03.2020 14:04

“Dünən saat 9-a işləmiş qardaşım Gəncə şəhər İcra Hakimiyyətinin qarşısında yerləşən meydanda olub. Bu zaman 60-70 nəfərə yaxın gənc ora çıxıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyevə hücum edilib. Qardaşım onu xilas edərkən qətlə yetirilib. Qardaşıma ürəyindən bir bıçaq zərbəsi vurulub”.
A24.Az azvision.az-a istinadən xəbər verir ki, bunu ötən gün Gəncə şəhərində şəhid olan Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovun qardaşı, Gəncə İmamzadə ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov deyib.
T.Abbasov qeyd edib ki, həmin adamlar dinlə bağlı ola bilməz: “Onlar gələn zaman bunlar özü də çaşqın vəziyyətdə olub ki, əllərində bıçaq, dəyənək, lom olan gənclər haradan çıxdı? Gəncədə belə bir xarakter yoxdur ki, günahsız insanı belə amansızcasına qətlə yetirəsən. Bu, xüsusi təşkil olunmuşdu. Ermənistana sığınan adamlar var ki, internet üzərindən çağırışlar edirdilər. Burada məqsəd ara qatmaq və asayişi pozmaq idi. Heç bir zaman dini əqidəsi olan adam belə açaqlıq eləməz, başqa bir ailənin üzvünü qətlə yetirməz. Qətl böyük günahdır. Qardaşım da iş başında şəhid olub”.
 

Об этом сообщает Роспрес