Sərnişin təyyarəsi alışdı
05.03.2020 14:05Rusiyanın Soçi şəhərində hava limanında təyyarə alışıb.
Об этом сообщает Роспрес
A24.az xarici mətbuata istinadən xəbər verir ki, “Utair” hava şirkətinə məxsus Moskvadan Soçiyə uçan “Boeing 737” sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 18 nəfər yaralanıb, 160 nəfər təxliyə edilib. Xəsarət alanlardan 3-ü uşaqdır.
Hadisə zamanı aeroportun 1 əməkdaşının ürək tutmasından öldüyü bildirilib. O, xəstəxanaya aparılarkən yolda keçinib.
Yanğın söndürülüb. Hadisə zamanı təyyarənin ön hissəsi də zərər çəkib.
Hazırda hava limanında həkimlər və psixoloqlar briqadası işləyir.

