Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyə Ərəbistanı builki Həcc səfərini bu cür reklam etdi

05.03.2020 14:05

Səudiyyə Ərəbistanı Mətbuat Nazirliyi builki həcc şüarını “Dünya Krallığın qəlbində” olaraq müəyyən edib.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki, nazirliyin sözçüsü Abdullah bin Ahmed el-Meğlus nazirliyin rəsmi saytında verdiyi açıqlamasında şüar üçün hazırlanan loqonun Həcc mərasimi çərçivəsində yerinə yetirilən ibadətlər, tarixi məkanlar və hədəfləri təmsil edən 8 ünsürdən ibarət olduğunu ifadə edib.

Hazırlanan yeni loqodakı 8 ünsür – kəbə, təvaf, həcc, qiblə, Məkkə Saat Qülləsi, Məkkənin mərkəzi, “WiFi” və palma yarpaqlarından ibarətdir.

Loqoda Kəbə kvadrat şəklində göstərilir. Ətrafındakı cizgilər isə təvafı təmsil edir.

“WiFi” internet şəbəkəsi dünyanın dörd bir tərəfindən gələn müsəlmanların şəhərdə qarşılanmasını, palma yarpaqları isə Səudiyyə Ərəbistanının mədəni və coğrafi şəraitini təmsil edir.

Qeyd edək ki, bu il 3,5 milyon zəvvar Səudiyyə Ərəbistanına Həcc səfərinə gələcək.