Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyə turistlərə görə, çadradan imtina edir – Minilliyin qərarı

05.03.2020 14:05

Səudiyyə Ərəbistanı vizasız səyahət ediləcək 50 adada istirahət kompleksləri qurmağı planlaşdırır.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, Səudiyyə Ərbistanı şahzadəsi Məhəmməd ibn Salmanın başçılıq etdiyi “Vizyon 2030” layihəsi çərçivəsində ölkənin sahil zolağında təxminən 200 km boyunca istirahət kompleksi salınacaq.

Layihədə ən diqqət çəkən məqam isə sözügedən kompleksdə geyim məhdudiyyətinin aradan qaldırılmasıdır. Ölkə neft qiymətlərinin aşağı düşməsindən dolayı həm yerli həm də turistləri cəlb etməklə gəlir əldə etmək istəyir.

Məlumatlara görə, hətta ölkə qadınlarına da bu istirahət kompleksində heç bir qadağa qoyulmaya bilər. Bölgədə luks otellərlə yanaşı ,  paraşut, qayaya dırmanma, trekinq kimi əyləncələr də olacaq.

Bundan başqa, adaları ziyarət etmək turistlərin Səudiyyə Ərəbistanı vizası almasına gərək yoxdur.

Layihənin ölkə iqtisadiyyatına ildə 4 milyard dollar qazandıracağı ehtimal edilir. İnşaat işlərinə 2019-cu ilin ikinci yarısında başlanılacağı, 2022-ci ildə isə tamamlanacağı bildirilir.