Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyədə 11 şahzadə bu səbəbdən həbs olunub – Açıqlandı

05.03.2020 14:05

Səudiyyə Ərəbistanında 11 şahzadənin həbsinin səbəbi açıqlanıb. 

Об этом сообщает Роспрес

Saytımızın “Al Arabia”ya istinadən verdiyi xəbərə görə, buna səbəb şahzadələrin kral sarayında etiraz keçirməsi olub. Bu barədə  Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Müjib bildirib.

Onun sözlərinə görə, şahzadələr kommunal xərcləri ödəməkdən imtina ediblər. Qeyd edək ki, əvvəllər hakim ailənin qohumları su və elektrik istifadəsinə görə ödənişlərdən azad edilmişdi. Etirazçılar kraldan bu imtiyazların bərpa edilməsini tələb ediblər. Bundan başqa aksiya iştirakçıları qohumlarından birinin məhkum edilməsinə görə, kraldan pul kompensasiyası da tələb edib.

Məlumata görə, şahzadələr Əl Xeyr həbsxanasında yerləşdiriliblər.

Qeyd edək ki, noyabrda Səudiyyə Ərəbistanı Korrupsiya qarşı mübarizə komitəsi 11 şahzadə və 4 nazirin  saxlanılmasına dair qərar verib. İstintaq zamanı 300-dək şəxs dindirilib, 2000-dən çox bank hesabı dondurulub.

APA