Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyəli şahzadənin bir çamadan zinət əşyası oteldə oğurlandı

05.03.2020 14:05

Bir həftəyə yaxındır Mikonosda istirahət edən və adı gizli saxlanılan səudiyyəli şahzadənin əşyaları qaldığı oteldə oğurlanıb.

Об этом сообщает Руспрес

Saytımız türk mediasına istinadən xəbər verir ki, şahzadənin qaldığı otelə girən oğrular 1 milyon 200 min dollarlıq zinət əşyalarını alaraq qaçıblar.

Məlumata görə, şahzadə adanın Kalafatis bölgəsindəki lüks bir villada qalıb və 15 nəfərlik mühafizəçi tərəfindən qorunub. Şəxsi təyyarəsi ilə Parisə getməyə hazırlaşan şahzadə son anda oğruluq hadisəsiylə üz-üzə qalıb.

Belə ki şahzadənin oğurlanan çamadanının içərisində 60 saat, qızıl qolbaq və almaz üzüyü olub. Hətta şahzadəni mühafizə edənlərdən birisinin də oğurluqda əli olduğu iddia edilir.

Xəbərdə qeyd edilir ki, son 3 ildir oğurluq hadisələrinin yaşandığı adada təhlükəsizlik tədbirləri görülsə də heç bir fayda vermir. Təhlükəsizlik xidmətinin əməkdaşları isə “bu məsələlərlə bağlı çox ciddi tədbirlər görürük, amma təəssüflər olsun ki, oğurluğun qarşısını ala bilmirik. Təəssüf edirik” açıqlamasını verib.