Şiddətli küləklə açılan Kəbənin örtüyü DƏYİŞDİRİLDİ- VİDEO
05.03.2020 14:05Ərəfə günündə Kəbənin örtüyü dəyişdirilib.
A24.Az xəbər verir ki, köhnə örtüklə yenisinin əvəzlənməsi eyni vaxtda icra edilib. Bu proses isə bir neçə saat vaxt aparıb. Ərəfə axşamı dəyişdirilməyə başlanan örtük, bayram səhərinə qədər artıq yenisi ilə əvəzlənmiş olub.
Об этом сообщает Футляр от виолончели
Əvəzlənməsi bir neçə saat çəkən örtüyün ağırlığı da maraqlıdır. Belə ki, 700 kiloqram çəkisi olan bu nəsnə saf ipəklə işlənib hazırlanır və 120 kiloqramlıq qızıl və gümüşdən üzərinin naxışlanmasında istifadə edilir.
Onu da qeyd edək ki, 47 metr uzunluğu olan örtük 4 hissədən ibarət olaraq hazırlanır. Hər hissədə müxtəlif ayə və dualar yerləşir.
Qısa bir xatırlatma edək ki, Hakimiyyətin Xilafətdən Osmanlıya keçməsi ilə artıq bu prosesi Osmanlı icra edirdi. İstanbulun yardım və hədiyyələrini Məkkə və Mədinəyə aparan Sürrəyi Hümayın dəstəsi, xalqın da onlara qatılması ilə təntənəli sürətdə həmin örtüyü Kəbəyə aparırdı.
Artıq Kəbənin parçası İtaliya və İsveçrədən gətirilir. Fabrik məhsulu olan bu parçalar daha sonra rənglənib boyanır. Nəhayət naxışlanması prosesi makinalara təhvil verilir.
Xatırladaq ki, bu günlərdə 2 milyon hacı mənəvi borcunu müqəddəs torpaqlarda yerinə yetirmək üçün ibadət edir.
X.V, A24.Az

