Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şikayətlərlə gündəmdən düşməyən SIĞORTA ŞİRKƏTLƏRİ – ANALİZ

05.03.2020 14:05

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Об этом сообщает Руспрес

Saytımız Media Təqib Mərkəzinə istinadla sığorta şirkətləri ilə bağlı iyul ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda sığorta şirkətləri ilə əlaqəli 844 xəbər yerləşdirilib. Bunlardan 29-u mənfi, 815-i isə neytral xəbərlərdir. Mənfi xəbərlər Atəşgah Sığorta (19 xəbər – “Atəşgah Sığorta” vətəndaşın sığorta pulunu vermir-ŞİKAYƏT) və Standard İnsurance (10 xəbər – Məşhur sığorta şirkətindən şikayət: “Əzilmiş detalları dəyişmir”) məxsusdur. İyul ayında elektron mətbuatda bu sektorla əlaqəli müsbət xəbər verilməyib.

Xəbər sayına görə sıralama:

1 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 140 xəbər
2 AzSığorta 94 xəbər
3 Atəşgah Sığorta 85 xəbər
4 Paşa Sığorta 71 xəbər
5 A-Qroup 33 xəbər
6 Qala Həyat Sığorta 33 xəbər
7 Günay Sığorta 30 xəbər
8 Dövlət Sığorta Kommersiya Şirkəti 29 xəbər
9 Standard İnsurance 29 xəbər
10 AXA MBASK Sığorta 28 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 55 xəbər dərc edilib. Bunlardan 1-i mənfi, 54-ü isə neytral xəbərlərdir. Mənfi xəbər Atəşgah Sığortaya (1 xəbər – “Atəşgah Sığorta” növbəti dəfə sığorta ödənişindən yayınır) məxsusdur. İyul ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 23 xəbər
2 Paşa Sığorta 7 xəbər
3 Atəşgah Sığorta 5 xəbər
4 Dövlət Sığorta Kommersiya Şirkəti 3 xəbər
5 Paşa Həyat Sığorta 3 xəbər
6 AXA MBASK Sığorta 2 xəbər
7 Rəvan Sığorta 2 xəbər
8 AzSığorta 2 xəbər
9 Bakı Sığorta 2 xəbər
10 ATA Sığorta 1 xəbər

İyul ayında televiziya kanallarında sığorta şirkətləri haqqında 33 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 31 xəbər
2 Paşa Sığorta 2 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]