Şimali Kipr Ərdoğanı bağrına basdı
05.03.2020 14:05Ötən gün Türkiyə prezidenti Ərdoğan Azərbaycana səfər etdikdən sonra Şimali Kiprə gedib.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Ercan hava limanında Şimali Kipr Türkiyə Cümhuriyyətinin Məclis sədri Teberrüken Uluçay, Baş nazir Tufan Erhürman, Enerji və İqtisadiyyat naziri Özdil Nami, Baş nazirin müavini və xarici işlər naziri Kudret Özersay ilə Türkiyənin Lefkoşadakı səfiri Derya Kanbay tərəfindən qarşılanıb.
Ərdoğan hava limanından ayrılarkən avtomobildən düşərək onu gözləyən vətəndaşları salamlayıb. Daha sonra Lefkoşadakı Atatürk abidəsinə gedən Ərdoğan abidə qarşısına gül çələngi qoyub, özəl dəftəri imzalayıb.
Sonra Şimali Kipr Türkiyə Cümhuriyyətinin başçısı Mustafa Akıncıyla görüşüb.
Saytımız sözügedən görünütləri təqdim edir:

