Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Siqaret qadağasından sahibkarlar bu qədər çəkinməsinlər”- Ekspert rəyi

05.03.2020 14:06

Ekspert Ərşad Hüseynov bu haqda Feysbuk sosial media ünvanından şərh edib.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, sahibkarların təşvişə düşməsi onu da narahat edib.

Hüseynov: “Siqaretdən istifadənin məhdudlaşdırılması ilə bağlı deyəsən sahibkarları qorxudublar. Amma qorxmalı heç nə yoxdur. Yeni qanun obyekt (kafe, restoran, çayxana, müxtəlif iş yerləri, mağaza, istehsal sahəsi və s.) sahibləri üzərinə bircə vəzifə qoyub: hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etmək. Belə yazı və işarədən sonra kimsə sizin obyektinizdə siqaret çəksə, məsuliyyəti yalnız o özü daşıyacaq, sizlik bir şey yoxdur. Siz yalnız həmin elanı və ya işarəni vurmamağa görə məsuliyyət daşıyırsınız (buna görə fərdi sahibkar 400 manat, hüquqi şəxs 1000 manat cərimə oluna bilər)

Bir də 18 yaşı çatmayanlara siqaret satmayın, siqareti reklam etməyin, heç kəsə sulu qəlyan təklif etməyin.
Yeni qanun belə obyektlərdə xüsusi havalandırma sistemi ilə təmin olunan və ya açıq havada siqaret çəkilən yer yaradıla bilməsinə imkan verir. Bu necə yer olmalıdır msələsinə isə Nazirlər Kabineti aydınlıq gətirəcək.
Həm də nəzərə aln ki, kimsə sizin obyektinizi bu bahənə ilə yoxlaya bilməz. Buna yoxlamaların dayandırılması barədə qanun icazə vermir.”